2017-ci ilin yanvar-aprel aylarında vergi ödəyiciləri dövlət büdcəsinə 2 milyard 256 milyon 748 min manat məbləğində vəsait ödəyib. Rəsmi məlumata görə, Vergilər Nazirliyi üzrə dörd aylıq proqnoz tapşırıqlarına 106,3% əməl olunub.
Novator.az bildirir ki, bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır.