• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı məktəblilərinin II Ekoloji Forumu keçirilib

  • 08 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumunu təşkil edib.

“Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin II Ekoloji Forumunun keçirilməsində məqsəd gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.

Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft Şirkətinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və digər təşkilatların nümayəndələri, ekologiya üzrə beynəlxalq ekspertlər, 400-dən çox məktəbli və “Ekoklub” üzvləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, forumun rəsmi açılışı Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında, “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” mövzu üzrə panellər və təqdimatlar T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilib. Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb, təkliflər səsləndiriblər.

Otuz orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib.

Forumun yekununda iştirakçılarla Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib.



Məzənnə yenilikləri

  • 08 May 2017
  • comments

Ekoloji pozuntular və cəzalar açıqlanıb

  • 08 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda