• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hava və su adamları necə öldürür? (Beynəlxalq hesabat)

  • 04 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

2050-ci ilə kimi planetdə əhalinin 70%-i şəhərlərdə yaşayacaq. Dünya Səhiyyə Təşkilatının hesabatında belə deyilir. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, insanlar üçün böyük imkanlar açsa, daha keyfiyyətli tibbi xidmət təklif etsə də, şəhər sağlamlıq üçün yüksək risk zonasıdır.

Təşkilatın materialında ətraf mühit problemlərinin insan sağlamlığına təsiri haqda statistika yer alır. Statistikaya görə, dünyada hər dörd nəfərdən biri, əsasən də pis ekologiyaya həssas azyaşlılar və qocalar ətraf mühitin problemləri üzündən həyatını itirir.

Hesabata əsasən, ildə 12,6 milyon adam qeyri-sağlam ekoloji şəraitdə yaşadığı və ya işlədiyi üçün ölür. 1,7 milyon uşaq ətraf mühitin problemləri üzündən yaranan xəstəliklərdən (əsasən tənəffüs yolu və mədə-bağırsaq xəstəliklərindən) həyatını itirir.

Hər il dünyada 4,9 milyon yaşlı adam ətraf mühit problemləri üzündən yaranmış xəstəlikdən, əsasən də qeyri-yoluxucu xəstəliklərdən ölür.

Havanın, suyun, torpağın çirklənməsi, zərərli kimyəvi maddələr, iqlim dəyişikliyi, ultrabənövşəyi şüalar 100-dən çox xəstəliyin yaranmasına səbəb olur.

Xəstəlik sayının artmasının əsas səbəbi çirkli havadır. Havanın tərkibindəki zərərli maddələr tənəffüs orqanlarına, əsəb və immun, qan dövranı və həzm sistemlərinə, qanyaradıcı orqanlara, habelə inkişaf prosesinə mənfi təsir edir.

Dünya Səhiyyə Təşkilatı şəhərlərdə havanın getdikcə pisləşdiyi nəticəsinə gəlib. Təşkilatın məlumatına görə, planet əhalisinin 80%-i çirklənmə səviyyəsinin yüksək olduğu rayonlarda yaşayır. Səbəb nəqliyyat və sənaye müəssisələridir.

Təşkilatın hesabatında vurğulanır ki, sağlamlığın əsas faktorlarından biri də təhlükəsiz sudur. Amma dünyada 1,8 milyard adam kanalizasiya ilə çirklənmiş sudan istifadə etməyə məcburdur.

Təşkilat 2025-ci ilə qədər dünya əhalisinin yarısının su çatışmayan rayonlarda yaşayacağını proqnozlaşdırır.

ABŞ Mehman Qələndərovun ölümünü araşdırmağa çağırı...

  • 04 May 2017
  • comments

Dövlət Sərhəd Xidməti 15 illik rəqəmləri açıqlayıb

  • 04 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda