• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ Mehman Qələndərovun ölümünü araşdırmağa çağırır

  • 04 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ Dövlət Departamenti bloqçu Mehman Qələndərovun istintaq təcridxanasında ölməsini şəffaf şəkildə araşdırmağa çağırır. Azadliq.org-un məlumatına əsasən, Dövlət Departamentinin mayın 3-də yaydığı bəyanatda Mehman Qələndərovun aprelin 28-i təcridxanada dünyasını dəyişməsindən dərin narahatlıq ifadə olunur: “Azərbaycan hökumətini Qələndərovun ölümünün tam, şəffaf və müstəqil araşdırılmasını təmin etməyə, fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış bütün fəalları buraxmağa çağırırıq.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Qələndərovun saxlandığı təcridxanada özünü asdığını bildirib. Amma insan haqları müdafiəçisi Oqtay Gülalıyev quruma bloqçunun hansı şəraitdə ölməsinin qaranlıq qaldığını söyləyib. Gülalıyevin sözlərinə görə, Qələndərov hökuməti tənqid edib və həbsə atılmış fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun azadlığa buraxılmasına çağırıb. Məmmədovla İbrahimov ötən ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazdıqdan sonra saxlanıblar. Hər ikisi narkotik ittihamı ilə 10 il həbsə məhkum edilib. Qələndərova da narkotik ittihamı irəli sürülüb, yerli fəallar bu ittihamın saxta olduğunu deyirlər”.

Mehman Qələndərov Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq kollecdə psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən dərs deyib.

Mehman Qələndərov Bakı və Tbilisidə Azərbaycan hökuməti əleyhinə mitinqlərdə iştirak edib. 2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından olub.

2017-ci il fevralın 7-də Mehman Qələndərov “Facebook” səhifəsində bir il öncə mərhum prezident Heydər Əliyevin Bakıdakı abidəsinə şüar yazmış, bundan dərhal sonra narkotik ittihamı ilə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə xarakterli fikirlər yazıb. Bir saat sonra polis əməkdaşları Mehman Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar. Bloqçuya narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Mayın 1-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq bloqçu Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Mehman Qələndərovu 2017-ci il fevralın 7-də Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə təqsirləndirilən şəxs qismində cəlb edib: “Onun barəsində rayon məhkəməsi həbs qətimkan tədbiri seçib. Bununla əlaqədar Mehman Qələndərov Bakı İstintaq Təcridxanasına yerləşdirilib”.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun 1 may məlumatında bildirilir ki, Mehman Qələndərov 2017-ci il aprelin 28-də təcridxananın kamerasında yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getməsindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayıb və özünü asaraq intihar edib: “Faktla bağlı Penitensiar Xidmət araşdırma aparıb və prokurorluğa məlumat verib. Sabunçu Rayon Prokurorluğunun əməkdaşları Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, maddi sübutlar götürüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırmalarla Bakı İstintaq Təcridxanasının əməkdaşlarının Mehman Qələndərova qarşı təzyiq göstərməsi, işgəncələr verməsi və yaxud hər hansı qanunazidd hərəkətlərə yol verməsi müəyyən edilməyib”.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun məlumatında deyilir ki, istintaq zamanı Mehman Qələndərov törətdiyi cinayəti etiraf edib.

Dövlət komitəsindən xidmət xatırlatması

  • 04 May 2017
  • comments

Hava və su adamları necə öldürür? (Beynəlxalq hesa...

  • 04 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda