• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Naxçıvanda 8 minə yaxın əlavə günəş paneli quraşdırılacaq

  • 03 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Naxçıvan Günəş Elektrik Stansiyasında 8 minə yaxın əlavə günəş paneli quraşdırılacaq.

Sözügedən stansiyada işlərə bu ilin aprel ayından başlanıb. Burada yeni günəş panelləri 3,8 hektar ərazidə quraşdırılacaq ki, bunun da 2 hektarı stansiyanın əvvəlki ərazisindəki boş sahələr, 1,8 hektarı isə əkin üçün yararsız sahələrdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və İsveçrənin “Ped” şirkəti arasında bağlanan müqaviləyə əsasən aprelin 20-dən stansiyanın ərazisində işlərə start verilib. Stansiyanın ümumi gücü 20 meqavat təşkil edir və işlər yekunlaşdırıldıqdan sonra 22 meqavata çatacaq.

AZƏRTAC-ın məlumatına görə, hazırda ərazidə günəş panellərinin dirəkləri basdırılır, çəpərləmə işləri görülür. Yaxın zamanlarda burada yeni yarımstansiya da quraşdırılacaq. Əlavə olaraq 20 kilovatlıq elektrik verilişi xətləri çəkiləcək, mövcud 110 kilovatlıq Xal-xal yarımstansiyasına qoşulacaq. İşlərin bu ilin may-iyun aylarında başa çatdırılması nəzərdə tutulub.

2016-cı ildə Naxçıvan Günəş Elektrik Stansiyasında 29 milyon 922 min kilovat-saat elektrik enerjisi istehsal olunub. Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 20 faizi bu stansiya vasitəsilə təmin edilib.

Yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadəyə müasir dünyada xüsusi diqqət yetirilir. Bu baxımdan ekoloji cəhətdən təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının tikintisi muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır.

Əmək müfəttişləri işçilərə nə qədər vəsait ödətdir...

  • 03 May 2017
  • comments

Rusiyada televiziyaya etimad 10% azalıb 

  • 03 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda