• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Faiq Əmirli 39 min manatlıq yayınmada təqsirli bilinir

  • 03 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə ittihamların birini geri çəkib.

2016-cı il avqustun 20-də həbs edilən Faiq Əmirlini istintaq ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin tərəfdaşı kimi təqdim edib, dini düşmənçiliyin salınmasında günahlandırıb.

Bu il aprelin 17-də Faiq Əmirliyə yeni ittihamlar – xeyli miqdarda vergidən yayınma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürüb.

Azadliq.info-ya açıqlama verən vəkil Aqil Layıcov bildirib ki, mayın 2-də müstəntiq Bakı İstintaq Təcridxanasında onun iştirakı ilə Faiq Əmirli ilə görüşüb, ittihamları bir daha elan edib. Məlum olub ki, Faiq Əmirlinin üzərində xeyli miqdarda vergidən yayınma və qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması ittihamları saxlanır. Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamına xitam verilib.

Vəkilin sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Faiq Əmirlini “Azadlıq” qəzetinin maliyyə direktoru işlədiyi dövrdə qəzetin gəlirini az göstərməklə 39 min manat vergidən yayınmada və Fətullah Gülən ideyalarını “Azadlıq” qəzetində yaymaq niyyətində suçlanır: “Guya Faiq Əmirli onun idarə etdiyi avtomobildən tapıldığı iddia olunan disklərdəki materialları mediada, o cümlədən Azadliq.info saytında yaymaq istəyibmiş. Faiq Əmirliyə qarşı ittihamlar tam qanunsuz və əsassızdır. Bu tip işlərdə, ittihamlarda məsələ məqsədə fokuslanmamalıdır. Əgər cinayət baş veribsə, şəxs məsuliyyətə cəlb olunmalıdır. Prokurorluq necə müəyyən edib ki, Faiqin belə bir niyyəti vardı? Yəni materialların yayılması, dərc olunması baş versə Faiq Əmirli məsuliyyətə cəlb oluna bilərdi”.

Faiq Əmirli həbs ediləndən “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, 2016-cı il sentyabrın 5-də qəzetin çapı dayanıb.

Polis, vergi və gömrük orqanlarına yeni hüquqlar v...

  • 03 May 2017
  • comments
Aziz Orucov

“Kanal 13”ün direktoru həbs olunub

  • 03 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda