• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Veteranlar sərəncamı 13 min 312 nəfərə şamil olunub

  • 02 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsinin iştirakçıları ilə bağlı 24 aprel sərəncamı icra olunub. Sərəncama əsasən, 2017-ci ilin dövlət büdcəsindən müharibə veteranları üçün 7,2 milyon manat ayrılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, sərəncamda göstərilən qrupların birdəfəlik maddi yardımlarla təmin olunması işləri başa çatdırılıb. Birdəfəlik maddi yardımlar veteranların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

Sərəncam ümumilikdə 13 min 312 nəfər şəxsə şamil olunub. 1941-1945-ci illər müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Qalan 12 min 549 nəfər isə müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, müharibə dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Həmin vətəndaşların hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Novator.az xatırladır ki, mayın 9-da Faşizm Üzərində Qələbə Günü qeyd olunur. İkinci Dünya müharibəsində (1939-1945) Sovet İttifaqının və onun müttəfiqlərinin Hitler Almaniyası üzərində qələbəsi 1945-ci ilin həmin günü rəsmiləşib.

1941-1945-ci illər müharibəsində Azərbaycandan 640 mindən çox adam cəbhəyə yola salınıb. Onların təxminən yarısı döyüşlərdə həlak olub, 130-dan çox azərbaycanlı döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

Mehman Qələndərovun ölümü ilə bağlı rəsmi məlumat

  • 01 May 2017
  • comments

Neft Fondu nədən qazanıb, nəyə xərcləyib?

  • 02 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda