• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Neft Fondu nədən qazanıb, nəyə xərcləyib?

  • 02 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Novator.az-ın məlumatına görə, 2016-cı ilin gəlirləri 9 milyard 410 milyon 180 min manat, xərcləri 9 milyard 22 milyon 59 min manat təsdiq edilib. Gəlirlər proqnozuna 205,5%, xərclər proqnozuna 84,6% əməl olunub.

Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 8 milyard 320 milyon 45,7 min manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədiyi akrhesabı ödənişlər 3 milyon 267 min manat, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 17 milyon 953,6 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədiyi bonuslar (mükafatlar) 82,1 min manat, Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər 1 milyard 68 milyon 831,6 min manat göstərilir.

Xərclərin istiqaməti belə olub: qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 89 milyon 994,9 min manat; Azərbaycanın 2016-cı il dövlət büdcəsinə transfert – 7 milyard 615 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 69 milyon 998,1 min manat; Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 66 milyon 174,5 min manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi – 31 milyon 606,7 min manat; Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının payının maliyyələşdirilməsi – 331 milyon 776 min manat; Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 797 milyon 427,6 min manat; Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər – 20 milyon 81,2 min manat.

Veteranlar sərəncamı 13 min 312 nəfərə şamil olunu...

  • 02 May 2017
  • comments

2 may məzənnələri

  • 02 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda