• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnternet prosesi mayın 1-nə qaldı

  • 27 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bəzi saytlara girişin bloklanması iddiası ilə aprelin 27-də təyin olunmuş proses təxirə salınıb. Novator.az-ın məlumatına görə, hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə iddiaçının nümayəndəsinin etibarnaməsinin olmadığı bilinib. Bu səbəbdən iclas mayın 1-i saat 15-ə keçirilib.

Elektron Təhlükəsizlik Mərkəzi Azadliq.org-a (“Azadlıq” radiosunun saytı), Azadliq.info-ya (“Azadlıq” qəzetinin saytı), Azerbaycansaati.com-a (“Turan TV”nin saytı), Meydan.tv-yə (“Meydan TV” internet televiziyasının saytı) girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyulmasını istəyir.

Məhkəməyə martın 30-da müraciət olunub.

Azadliq.org-un məlumatına görə, 27 aprel iclasında bilinib ki, bloklanması tələb olunan saytların rəhbərlərinə bu haqda əvvəlcədən heç bir bilgi verilməyib. Hakim məhkəməyə ərizənin surətini Azadliq.org-un vəkili Adil İsmayılova, Azadliq.info-nun nümayəndəsi Səməd Rəhimliyə və Meydan.tv-nin vəkili Elçin Sadıqova təqdim edib.

Ərizəyə qoşmalarda Baş Prokurorluğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciəti və nazirliyin qərarı yer alır. Prokurorluq nazirliyə müraciətində saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub. Mərkəzin rəhbəri Faiq Fərmanov məhkəməyə müraciət edib.

Martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

Dini azadlıqlar hesabatında Azərbaycan barədə nə d...

  • 27 Aprel 2017
  • comments
Vahid Qazi

Tanrılarla baş-başa

  • 27 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda