• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ticarət festivalı: 6 milyon 313,2 min manatlıq alver olub

  • 25 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ticarət festivalında alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması barədə hesabat açıqlanıb. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Novator.az-a verilən məlumatda qeyd olunur ki, ticarət festivalının başlanmasından ötən iki həftə ərzində – 10-23 aprel arası alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturalarının 7397-ni Azərbaycan vətəndaşları, 505-ni əcnəbilər təqdim edib.

Hesab fakturaları üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 milyon 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nağd qaydada qaytarılıb.

10-23 aprel arası mal alarkən ticarət festivalını deyil, “Tax Free” sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 milyon 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.

Ticarət festivalları dövründə fiziki şəxslərin Azərbaycanda aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası bu il fevralın 20-də təsdiqlənib.

Qayda aksizli mallara; ərzaq mallarına; dərman preparatları və tibbi ləvazimatlara; ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara; çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara; külçə şəklində qiymətli metallara; nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə şamil edilmir. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

Aprelin 10-da Azərbaycan paytaxtında ilk ticarət festivalı – “Baku Shopping Festival” başlayıb.

“Tax Free” sistemi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində aldığı, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədiyi əlavə dəyər vergisinin qaytarılmasını tənzimləyir.

Hərbi təlimlərdə istifadə olunacaq silah və texnik...

  • 25 Aprel 2017
  • comments

Yeni məzənnələr

  • 25 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda