• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirlik tapşırıqları necə icra edir?

  • 25 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İqtisadiyyat Nazirliyində struktur bölmələrin və tabe qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Aprelin 24-də yayılan rəsmi məlumata görə, müşavirədə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə makroiqtisadi təhlillərin, dövlət investisiya layihələrinin monitorinqinin aparılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması imkanlarının araşdırılması barədə göstərişlər verib.

Nazir deyib ki, 2017-ci ilin ilk rübündə 40 mindən çoxu özəl sektorda olmaqla 85 min yeni iş yeri yaradılıb: “Hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər hazırlayır. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir, Mingəçevir və Pirallahıda sənaye parklarının təşkili istiqamətində işlər aparılır.

10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarlara da ixrac ediləcək. Artıq “Azertexnolayn” müəssisəsi istehsal etdiyi məhsulun 52%-ni ixrac olunub.

7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin bu ilin birinci yarısında fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək 470 milyon dollar investisiya qoyulub, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcək.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq yaradılmış Pirallahı Sənaye Parkında 2 dərman zavodunun təməli qoyulub. Növbəti zavodun təməlinin isə yaxın vaxtlarda qoyulacağı gözlənir”.

Müşavirədə regionlarda yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanlarının araşdırılması və sənaye parklarının təşkili istiqamətində işlərin davam etdirilməsi barədə tapşırıqlar verilib.

Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri diqqətdə saxlanır, hazırda 24 rayonda 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər aparılır.

Qeyri-neft məhsullarının ixracından danışan Şahin Mustafayev bildirib ki, indiyədək “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honkonq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib, növbəti ixrac missiyası isə aprelin 23-də Qazaxıstana yola düşüb.

Müşavirədə İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün tədbirlər planı təsdiq edilib.

Müharibə veteranları üçün 7,2 milyon manat ayrıldı

  • 25 Aprel 2017
  • comments

Hərbi təlimlərdə istifadə olunacaq silah və texnik...

  • 25 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda