• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fuad Əhmədli: “Həbsim siyasi sifarişdir”

  • 25 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP-nin həbsdə olan gənc üzvü Fuad Əhmədlinin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

İclasda Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev onun günahsız olduğunu bildirərək cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Müdafiəçinin daha bir vəsatəti gənc fəal barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda olub.

Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətləri təmin etməyib.

İclasda çıxış edən Fuad Əhmədli deyib ki, o heç bir cinayət törətməyib: “Səkkiz aydır qanunsuz və əsassız həbsdəyəm. Həbsim siyasi sifarişdir”.

Məhkəmə baxışı mayın 2-nə təyin olunub.

Fuad Əhmədli ötən il avqustun 18-də Bakıda saxlanıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 2017-ci ilin martında isə ittihamlar ağırlaşdırılıb, cəbhəçi gəncə hər iki maddənin 2-ci bəndləri ilə, yəni 302.2 və 308.2-ci maddələrlə yeni məzmunda ittiham verilib. Əvvəlki maddələrin birində 2, o birisində 3 ilədək həbs cəzası nəzərdə tutulurdusa, yeni ittihamların sanksiyasında 8 ilədək cəza var.

Eyni zamanda ibtidai istintaqın gedişi zamanı Fuad Əhmədlinin işi həbsdə olan AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bir icraatda birləşdirilib. Faiq Əmirli 2016-cı il avqustun 20-dən həbsdədir. İstintaq onu ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi kimi təqdim edir, dini düşmənçiliyin salınması, dini məzhəbləri yaymaq adı altında vətəndaşların hüquqlarını pozan qrup təşkil etməkdə günahlandırır. 2017-ci il aprelin 17-də Faiq Əmirliyə yeni ittihamlar da elan edilib. İstintaq orqanı onu xeyli miqdarda vergidən yayınmada və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib. Faiq Əmirli ittihamı qəbul etməyərək ifadə verməyib.

AXCP hər iki həbsin siyasi xarakterli olduğunu bəyan edir.

Paytaxt prokuroru Ali Məhkəməyə hakim getdi

  • 25 Aprel 2017
  • comments

Aprelin 26-da hava necə olacaq?

  • 25 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda