• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AŞPA sədri iclas zalından çıxmağa məcbur olub 

  • 24 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt qurumun 24 aprel iclasında kəskin etirazla üzləşib. APA-nın məlumatına görə, AŞPA sədri çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər. Buna Pedro Aqramuntun Suriyaya səfəri və orada prezident Bəşər Əsədlə görüşü səbəb göstərilib.

Pedro Aqramunt Suriyaya bu ilin martında Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə səfər edərək görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə bir araya gəlib.

Pedro Aqramunt Suriyaya səfərinin yanlış addım olduğunu bildirib, üzr istəyib, ancaq deputatlar sakitləşməyiblər. Çıxışını yarımçıq dayandıran AŞPA sədri zalı tərk edib, iclasın qalan hissəsini onun müavini aparıb.

Aprelin 25-də keçiriləcək xüsusi toplantıda Pedro Aqramuntun aqibətinə aydınlıq gələcəyi bildirilir.

Novator.az bildirir ki, Pedro Aqramunt 1951-ci ildə Valensiyada anadan olub. Hüquqşünasdır. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib. 2000-ci ildən Avropa Şurası Parlament Assambleyasının üzvüdür. 2010-2015-ci illərdə Avropa Şurasının Azərbaycan üzrə məruzəçilərindən biri olub.

Avropa Xalq Partiyasının nümayəndəsi olan Pedro Aqramunt ötən ildən Avropa Şurası Parlament Assambleyasının sədridir.

Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. 2000-ci ildən ölkədə prezident postunu Bəşər Əsəd tutur. 1971-2000-ci illər arasında isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.

Məşhurlar titulsuzlara qarşı

  • 24 Aprel 2017
  • comments

Müharibə veteranları üçün 7,2 milyon manat ayrıldı

  • 25 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda