Nazirlik sahibkarları məhdudiyyətlərə əməl etməyə çağırıb

66 0

Nazirlər Kabinetinin sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22-dən 7-dək aparılmalıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xüsusi icazələri əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyə edir.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək. Oyunlara 57 ölkəni təmsil edən 3 mindən çox idmançının qatılacağı bildirilir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id