Paytaxtda 21 dərəcə isti olacaq

60 0

Azərbaycanda aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturunun gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Sinoptiklərin xəbərdarlığına əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 22-də gün ərzində güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id