Aprelin 18-də ABŞ dollarının rəsmi kursu yenə sabit qalıb. Dollar banklara 1,7026 manata satılır. Bu qiymət ötən həftənin cümə günü müəyyən olunub.
Avro və Rusiya rublunda isə bahalaşma var. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronun məzənnəsini 1,808 manatdan 1,8124 manata, rublu 0,0303 manatdan 0,0305 manata qaldırıb.
Gürcü larisinə 0,7118, ingilis funt sterlinqinə 2,1391, türk lirəsinə 0,4593 manat qiymət qoyulub (Məzənnələr).
2017-ci ildə dolların kursu 1,7707 manatla start götürüb. Yanvar ayında ən yuxarı rəsmi qiymət 1,9165 manat, fevral ayında 1,92 manat, mart ayında 1,7563 manat olub.
Mərkəzi Bank aprelə 1,7244 manatla başlayıb, ayın 14-dək məzənnə 1,7026 manata enib.