• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yuvalayan quşların atlasında Azərbaycan da olacaq

  • 14 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Beş il davam edəcək “Avropanın yuvalayan quşlarının atlası – 2” layihəsi bütün Avropanı əhatə edir. İlk dəfə olaraq bu layihəyə postsovet respublikaları, o cümlədən Azərbaycan da qoşulub.

Quşlar qışlayan, yuvalayan və köç edən növlərə bölünür. Bu atlas yuvalayan quşları əhatə edir.

İlk atlas təxminən 10 il əvvəl hazırlanıb. Hər ölkədən bir təşkilat bu atlasın hazırlanması işinə cəlb edilib. Atlası Avropa İttifaqı hazırlayır. Baş idarə isə İsveçrənin Ornitoloji İnstitutudur.

Onlar “Bird Life İnternational” təşkilatı ilə əməkdaşlıq edirlər. Bu qurumun dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən üzv təşkilatları var. Hər ölkədən bir təşkilat üzvdür və gələcəkdə bir neçəsi ola bilər. Azərbaycan Ornitoloji Cəmiyyəti də üzv təşkilatlardan biridir.

Cəmiyyətin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov AZƏRTAC-a müsahibəsində deyib ki, əsas işlər quşların çoxunun yuvalayan vaxtına, yəni aprel-iyun aylarına düşür. Quşlar müəyyən edilərkən səsi ilə tanınır. Bu quşlar xüsusi metodlarla qeydiyyata alınır: “Bütün ölkə 50 kvadratkilometrlik hissələrə bölünür. Bu bölgünün daxilində 10 kvadratkilometrlik hissələr də ayrılır. Seçilmiş yerlərdə bütün yuvalayan quşların növləri qeydiyyata alınır. Sonra xüsusi metodika – saat sayğısı ilə qeydiyyat aparılır. Daha sonra kompüter proqramı ilə sıxlıq da hesablanır. Bununla da quşların təkcə növ tərkibi öyrənilmir, bir kvadratkilometrə düşən sıxlığı da müəyyən edilir. Beləliklə, bu layihə vasitəsilə bütün Avropa üzrə quşların yayılması öyrənilir”.

Azərbaycanda 50 kvadratkilometrdən çox ərazidə qeydiyyat aparılır. Ötən il Azərbaycan Ornitoloji Cəmiyyəti 17 kvadratkilometr ərazidə işləri yekunlaşdırıb, bu ildə isə sayğı 16 kvadratkilometr sahəni – Kiçik Qafqazın cənub-şərqi, Lənkəran-Astara zonası, Bərdə və Tərtər rayonlarını əhatə edəcək. Qalan 20 kvadratkilometr ərazidə quşların sayğısı xaricdən gələn mütəxəssislər tərəfindən həyata keçiriləcək. Onların məlumatları isə cəmiyyətə göndəriləcək və orada yoxlanacaq. Sonra bu informasiyalar ümumi məlumat bazasına yerləşdiriləcək.

Layihənin icrasına 2015-ci ildə quşların sayğısı ilə başlanıb. Azərbaycan isə bu layihəyə ötən il qoşulub. Azərbaycan Ornitoloji Cəmiyyətindən beş mütəxəssis layihədə iştirak edir. Gələn il sayğı prosesi bitəcək və bütün məlumatlar toplanacaq. Ondan sonra atlas hazırlanacaq. Bu isə 2 ilə qədər vaxt ala bilər.

Azərbaycanda 400 quş növü var. Ölkəmizdə yuvalayan quşların bir hissəsi il boyu oturaqdır. Turac, kəklik, Qafqaz uları, Qafqaz tetrası, kərkəslər bu qəbildəndir, bildirçin isə köçəridir. Azərbaycanda yuvalayan quşların sayı ümumi sayın təxminən üçdəbirini əhatə edir. Bu quşlar Şimal-Şərqi Afrikaya köç edir. Kiçik bir hissəsi isə Hindistana uçur. Nümunə olaraq sarıköynəyi misal çəkmək olar. Ölkəmizin ərazisində quşların sayğısı zamanı hər əlli kvadratkilometrdə 50-60 növ tapılır.

Təhlükəsiz ölkələr: Azərbaycan 136 ölkə arasında 3...

  • 14 Aprel 2017
  • comments

Ticarət tərəfdaşları ilə alış-verişdə nə yeniliklə...

  • 14 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda