• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Hə” və “yox” arasında

  • 14 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Aprelin 16-sı Türkiyədə konstitusiya referendumu keçiriləcək. Konstitusiya islahatı layihəsi ölkənin prezident idarə üsuluna keçidini nəzərdə tutur. Layihəyə əsasən, Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur. Prezidentə parlamenti buraxmaq, partiya üzvü olmaq hüququ verilir. Parlamentin səlahiyyətləri isə əsasən qanunvericilik işi ilə məhdudlaşır.

Hakim Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası konstitusiya islahatı layihəsini dəstəkləyir. Ana müxalifət – Cümhuriyyət Xalq Partiyası, eləcə də Xalqların Demokratik Partiyası, Vətən Partiyası, Səadət Partiyası, Demokrat Partiyası və başqa müxalif partiyalar konstitusiya islahatının əleyhinə çıxır.

Referendum ərəfəsi qüvvələr nisbəti necədir? Rəy sorğuları nə göstərir? “Hə” və “yox” nəticələrinin Türkiyədəki siyasi duruma nə kimi təsirləri ola bilər?

Novator.az-a danışan Türkiyənin Karabük Universitetinin dosenti Ələskər Ələskərli deyib ki, mediada yayılan məlumatlara görə, referendumla bağlı qərar qəbul edildikdən sonra Türkiyədə müxtəlif araşdırma şirkətləri 36 sorğunun nəticələrini yayımlayıb: “Sorğuların 8-də Türkiyənin yalnız şərq və cənub-şərqindəki seçicilər və  Milliyyətçi Hərəkat Partiyası seçicilərinin rəyi öyrənilib. Qalan 28 sorğu isə ümumi xarakterlidir. Nəticələrin 14-nə görə, “hə”, 14-nə görə isə “yox” səsləri çıxır.

Konstitusiya dəyişiklikləri mahiyyət etibarilə elmi-praktiki yanaşma tələb edir. Amma seçicilərin bu şəkildə yanaşması mümkün deyil. Bu işin avanqardı siyasi partiyalardır. Siyasi partiyalar öz seçicilərini məlumatlandırmağa və maarifləndirməyə məsuldurlar. Seçicilərin əksəriyyətini konstitusiya dəyişikliklərinin məzmunu çox maraqlandırmır. Onlara səs verəcəyi partiyanın mövqeyi maraqlıdır. Buna görə də referendumun nəticələrini ölkədəki siyasi qüvvələrin nisbətinə bağlaya bilərik. Hazırda az fərqlə də olsa, Ədalət və İnkişaf Partiyası öndədir. Buna görə “hə” çıxma ehtimalı böyükdür”.

Ələskər Ələskərli hesab edir ki, referendumun nəticələri ölkədə fövqəladə bir hadisə yaratmayacaq: “Referendumdan əvvəlki tənqidlər ölkə daxilində və xaricində bir qədər davam edə bilər, bu da müəyyən müddət sonra ortadan qalxacaq. Əsas olan yeni hökumət modelinin siyasi rejimə orta və uzun müddətdə necə təsir edəcəyidir”.

Qarabağın işğalında iştirak etmiş general baş kati...

  • 14 Aprel 2017
  • comments

Müdafiə sənayesində 11,9 faiz artım var

  • 14 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda