• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Hacı Cavad məscidinin söküntüsünü dayandırdı

  • 13 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlama verib. Onun sözlərinə görə, prezident İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub: “Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.

Prezidentin köməkçisi vurğulayıb ki, son illər ölkədə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir: “Bakı şəhərində ən müasir standartlara uyğun parklar, xiyabanlar, yollar salınır, yeni binalar tikilir. Bu mənada Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Həmin ərazidə köhnə, istifadəyə yararsız, lazımi kommunal şəraiti olmayan, paytaxtımızın müasir görünüşü ilə uyğunlaşmayan evlər və sosial obyektlər sökülür, vətəndaşlar şəhərin başqa yerlərində yeni müasir mənzillərlə təmin olunur. Həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirləri sakinlər razılıqla qarşılayır”.

Əli Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

Qəfəsə salınmış heyvanlar təbiətə qaytarılıb

  • 13 Aprel 2017
  • comments

Sənaye məhsulu istehsalı: ən yeni rəqəmlər

  • 13 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda