2017-ci ilin üç ayı üzrə gömrük hüquqpozmalarının statistikası açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, yanvar-mart ayları ərzində gömrük orqanları cinayət xarakterli 211 fakt aşkarlayıb.
Gömrükçülər 125 qaçaqmalçılıq faktı, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 61 fakt, 1 gömrük ödənişindən yayınma, 21 aksiz markası olmadan mal idxal etmə faktı, 66 digər cinayət xarakterli fakt qeydə alıb.
Yanvar-mart ayları ərzində gömrük hüquqpozmalarında 228 şəxs təqsirləndirilib.
Dövlət Gömrük Komitəsi hesabat dövründə 2107 inzibati xəta faktı ortaya çıxarıb.