• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Emin Milli: “Bütün mümkün variantlardan istifadə etməyə çalışırıq”

  • 12 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

“Meydan TV” internet televiziyasının direktoru Emin Milli Novator.az-a açıqlamasında Meydan.tv saytının üzləşdiyi problemdən danışıb.

Bir müddətdir ölkənin bəzi media orqanının saytına giriş qapanıb. “Azadlıq” radiosunun Azadliq.org saytına, çap versiyası ötən ilin sentyabrında dayanmış “Azadlıq” qəzetinin Azadliq.info saytına, gənclərə məxsus Abzas.net saytına, xaricdə fəaliyyət göstərən “Meydan TV” internet televiziyasının Meydan.tv saytına giriş yalnız “proksi server” adlanan xidmətləri həyata keçirən saytlar vasitəsilə mümkündür. “Proksi” (proxy) ingiliscədən tərcümədə “başqa addan istifadə etmək” mənasını verir. Belə xidmətləri həyata keçirən saytlar istifadəçiyə bloklanmış saytlara daxil olmaq imkanı yaradır.

Emin Milli üzləşdikləri maneələrdən sonra Meydan.tv-yə giriş sayının xeyli azaldığını bildirib: “Yalnız “Facebook”da yayımlanan xəbərlərimiz oxunur. Eyni zamanda “proksi server” xidmətləri vasitəsilə giriş edənlər saytımıza baxa bilirlər. Bu serverlərdən istifadə etməyi isə hər oxucu bacarmır və ya buna vaxt ayırmır.

Biz xəbərlərimizin oxucuya çatması üçün bütün mümkün variantlardan istifadə etməyə çalışırıq. Vaxtaşırı “Meydan TV”nin “Facebook” səhifəsində “proksi server”dən necə istifadə edilməsi qaydası göstərilir. Eyni zamanda materiallarımızın qəzet formatını yayımlayırıq. Düzdür, bu, ənənəvi qəzet deyil, mətbəədə çap olunmur, sadəcə materiallarımızı qəzet formatında PDF faylında yığırıq və onu internetlə yayırıq. Amma bizdə olan məlumata görə, bəzi bölgələrdə PDF faylında olan materiallarımız kağıza çıxarılaraq da oxunur.

Təbii ki, texnologiya əsrində yaşayırıq, hakimiyyət saytlara girişi məhdudlaşdırmaqla xəbər axınının qarşısını ala bilməyəcək. Ən yaxşısı saytlara yaradılan maneəni aradan götürməkdir ki, əlavə üsullardan istifadəyə ehtiyac qalmasın. Xəbər almaq hüququndan məhrum edilən oxucuların etirazı da bu məsələdə müəyyən rol oynayır”.

İnternet senzurası: çarə tükənməz

Qazaxıstan əlifba dəyişikliyinə gedir

  • 12 Aprel 2017
  • comments

Terror qurbanlarının sayı artdı

  • 12 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Texnologiya

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda