2017-ci il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 556,4 milyon manat olub. Novator.az-ın məlumatına görə, Mərkəzi Bankın hesabatında bildirilir ki, problemli kreditlərin 853,4 milyon manatı xarici valyutada olan kreditlərdir.
2017-ci il fevralın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 633,1 milyon manat idi. Ay ərzində 76,7 milyon manat azalma qeydə alınıb.