Aprelin 11-də “Amnesty İnternational” insan haqları təşkilatı edam hesabatı yayıb. Novator.az-ın məlumatına görə, dünyada edamların sayının ötən il 37% azaldığı bildirilir.
Hesabatda qeyd olunur ki, 2015-ci ildə dünyada edamların sayı 1634 nəfərə yüksəlib. 2016-cı ildə isə 23 ölkədə ümumilikdə edamların sayı 1032-yə qədər azalıb.
Çin edamların sayını bəyan etmədiyi üçün bu ölkənin göstəriciləri statistikaya daxil olunmayıb.
“Amnesty İnternational” təşkilatı iddia edir ki, Çini çıxmaq şərti ilə dünya üzrə bütün edamların 87%-i İran, İraq, Pakistan və Səudiyyə Ərəbistanın payına düşür.
Hazırda dünyanın 141 ölkəsində ölüm hökmü qadağandır. 2016-cı ildə Benin və Nauru edam cəzasından imtina edib.