• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Alimlər qlobal istiləşmə ilə mübarizəyə səsləyirlər

  • 11 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Avstraliyanın elm adamları dünya ictimaiyyətini iqlim dəyişikliyi ilə bağlı təcili mübarizəyə səsləyiblər. Mütəxəssislər qlobal istiləşmə təhlükəsinin artdığını söyləyiblər.

Novator.az BBC telekanalına istinadla xəbər verir ki, alimlər misal olaraq yeni araşdırmalar zamanı üzə çıxan faktları göstəriblər. Onlar bildiriblər ki, artıq okeanlarda mərcan riflər sürətlə rəngini dəyişib parçalanır, canlı mərcan örtüyü anomal temperaturda bölünə-bölünə yoxa çıxır.

Rif – dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər deməkdir. Riflər sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. Avstraliya sahillərində 2600 kilometr boyunca mərcan rif divarı – “Böyük rif səddi” var.

Alimlər deyirlər ki, Avstraliya sahillərində də eyni problem yaşanır, riflər deqradasiyaya uğrayır. Bunun əsas səbəblərindən birini suda hərarətin artması ilə izah edən alimlər baş verənləri qlobal istiləşmənin mesajı kimi qiymətləndirirlər.

Mütəxəssislər insan amilini də vurğulayırlar. Bildirirlər ki, mərcan riflərin dağılmasının bir səbəbi də insanın təbiətdə oynadığı mənfi rolla, ekologiyanı, suları çirkləndirməsi, zəhərli, kimyəvi tullantıların sulara axıdılması ilə bağlıdır.

Alimlər dənizlərdə, okeanlarda gəmi üzdürən, sularda müxtəlif texnoloji vasitələrdən yararlanan şirkətlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyirlər.

Mərcan riflərin rəngini dəyişməsindən, ölü sima almasından danışarkən Avstraliyanın Ceyms Kuk adına Universitetinin professoru Terri  Hyuz bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizədə gecikən hər bir tədbir fəlakətə yol açır.

Vaxtı keçmiş kreditlərin həcmi 76,7 milyon manat a...

  • 11 Aprel 2017
  • comments

Edamların 87%-i 4 müsəlman ölkəsinin payına düşür

  • 11 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda