• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Asan imza camaatı çətinə salıb

  • 10 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı Qubad İbadoğlu dövlət sosial sığortası üzrə rüblük hesabatlarda yeniliyə münasibət bildirib. Novator.az-ın məlumatına görə, ekspert yazır: “Bu ilin aprel ayından tətbiq olunan yeni qayda ilə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Hesabatların təqdimatı üçün son tarix aprelin 20-dir. Bu müddətə qədər hesabatını yeni qaydalarla verə bilməyənləri 44 manat cərimə gözləyir. Qaydalar yalnız hüquqi şəxslərə deyil, həmçinin fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə də aiddir.

Son statistik məlumatlara görə, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 600 mindən çoxdur. Bu isə o deməkdir ki, onlar yaxın 10 gün müddətində ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən elektron imza kartı, ya da Vergilər Nazirliyi və mobil operatorların verdiyi mobil imza almalıdırlar. Elə bu səbəbdən də hazırda xüsusilə də mobil operatorların müştəri xidmətlərinə və “ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı kəskin artıb.

Qaydalara görə, hüquqi şəxslərin rəhbərləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özləri ilk növbədə mobil operatorların müştəri xidmətlərinə müraciət etməli, onlara məxsus olan nömrəni asan imza xidmətinə qoşdurmalıdırlar. Bu xidmətə görə hər bir şəxs mobil operatorlara 36 ay üçün birdəfəlik 23 manat, hər ay isə 1 manat aylıq ödəniş etməlidir. Bu isə o deməkdir ki, asan imzaya görə fiziki şəxslərin birdəfəlik ödənişləri 15 milyon manata qədər, aylıq ödənişləri isə 600 min manatdan çox olacaq.

Bu ödəniş və əməliyyatlardan sonra mobil nömrələrini asan imza xidmətinə qoşan fiziki şəxslər “ASAN xidmət” mərkəzlərində “Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı” şöbələrinə müraciət etməli və asan imza almalıdırlar. Bu məsrəfli və mürəkkəb prosedurları çətinləşdirən başqa bir məqam da qısa bir zamanda müraciətlərin sayının çoxalması səbəbindən yaranan uzun növbələrdir.

Yeni sistemə keçidin əleyhinə olmasaq da, onun qısa müddətdə tətbiqinin yaradacağı fəsadların nəzərə alınmadan startı yanlış və pis idarəetmənin göstəricisi sayılmalıdır. Əlavə məsrəf və vaxt itkisinə gətirib çıxaran yeni qaydalarla hesabatlılıq barədə fiziki şəxslərin çoxunun məlumatı belə yoxdur. Onlar yalnız Dövlət Sosial Müdafiə Fondunun saytına daxil olaraq elektron xidmətlər bölməsindən əvvəlki qaydada hesabat yollamaq istəyəndə məlum olacaq ki, həmin sistem aktiv deyil, yeni qaydalar işə düşüb. Buna məsul olan şəxslər fiziki şəxslərə bildiriş göndərməyib, hətta öz sistemlərini yeni qaydalara tam inteqrasiya etməyiblər. Hətta bu gün elektron imzaya malik olanlar hesabatlarını təqdim edə bilmirlər. Çünki hesabatı qəbul edən tərəf texniki cəhətdən buna hazır deyil.

Bu problem yalnız hesabatın verilməsində deyil, həmçinin asan imzanın alınmasında da müşahidə edilir. Aprelin 8-də Vergilər Nazirliyinin sistemində texniki nasazlıq ucbatından asan imzaya müraciət edənlərə xidmət göstərilməyib.

Göründüyü kimi, asan imzaya keçiddən qazananlar yüz minlərlə müştəriyə xidmət edəcək elektron sistemlərini belə hazır vəziyyətə gətirməyiblər. Bu səbəbdən də durduğu yerdə əlavə xərcə düşən istifadəçilərə normal xidmət belə göstərilmir. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət Sosial Müdafiə Fondunun nəticəsini düşünmədən verdiyi bu qərarı təxirə salmağı və onun müddətini uzatmağı təklif edirəm”.

Bank işində qəribə yenilik. Deputat həyəcan siqnal...

  • 10 Aprel 2017
  • comments

Nazirlər Kabineti ilk rübə yekun vurdu

  • 10 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda