• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zərdab: 10 min hektar ərazinin suvarma təminatı ilə bağlı layihə yekunlaşır

  • 06 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşmaq üzrədir. Məlumat Novator.az-a  “Azərsu” Açıq  Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilib.

Məlumatda deyilir ki, icrasına fevral ayında başlanmış layihəyə uyğun olaraq əkin sahələrinə su Kür çayından veriləcək. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun, nasos stansiyasının, təzyiqqırıcı kameranın və magistral kəmərin inşası layihələndirilib

Əkin sahələrinə suyun nəqli diametri 1400 millimetr olan kəmər vasitəsilə həyata keçiriləcək. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə boruların qaynaqlanması və torpağa basdırılması paralel olaraq 4 nöqtədə aparılıb və kəmərin tikintisi yekunlaşıb.

Sugötürücü qurğuda suyığıcı kameranın giriş və çıxış hissələrinin bünövrəsi betonlanıb, monolit beton divarların armaturlanması işləri tam yekunlaşıb, betonlama işlərinə hazırlıq görülür.

Nasos stansiyasının tikintisi çərçivəsində isə betonlama və izolyasiya işləri aparılıb, nasosların mexaniki hissələrinin quraşdırılmasına başlanıb. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün transformator və paylayıcı qurğunun bünövrə hissəsinin tikintisi davam etdirilir. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün Zərdab yarımstansiyasından 4 kilometr elektrik xətti çəkilib, 81 ədəd dayaq quraşdırılıb.

Zərdab rayonunda həyata keçirilən suvarma layihəsi üzrə tikinti-quraşdırma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

“Azərsu” ASC Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar ərazidə suvarma layihəsinin icrasına başlayıb. Bu ərazinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə aparılacaq. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 kilometr magistral kəmərin inşası layihələndirilib.

DCIM100MEDIADJI_0417.JPG


Ermənistanda ərzaq bahalaşıb

  • 06 Aprel 2017
  • comments

Mehman Hüseynovun vəkillərinin vəsatəti təmin olun...

  • 06 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Bölgə
  • Ekologiya
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda