• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident: “Bütün dünyaya nümayiş etdirəcəyik ki…”

  • 06 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Aprelin 5-i paytaxtdakı Daş Salnamə Muzeyində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Prezident İlham Əliyev, Bakı-2017-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

İlham Əliyev mərasimdə deyib ki, Bakı-2017-də 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq: “Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanışlıq imkanları olacaq.

Azərbaycan qədim tarixə, mədəniyyətə malik bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb.

Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilib. Bu məscid bir neçə il bundan əvvəl əsaslı bərpa edilib və qapılarını Azərbaycan xalqının üzünə açıb. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin tarixi yerləri ilə tanış olacaqlar”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmi 25 ildir müstəqil dövlət kimi yaşayır: “Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olub. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür.

Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. İşsizlik beş faiz səviyyəsindədir. Son 13 il ərzində iqtisadiyyatımız üç dəfə artıb. Savadlılıq 100 faiz səviyyəsindədir. Bütün bunlar bu gün ölkəmizin sürətli inkişafını əks etdirir. Bizim şəhərlərimiz gözəlləşir, abadlaşır. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Biz islam həmrəyliyi üçün çox böyük işlər görürük. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlər həyata keçirilib. Biz islam mədəniyyətini dünyada təbliğ etmək üçün çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər keçiririk. Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, islam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik.

Bu il Azərbaycanda islam həmrəyliyi ili elan edilib. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, islam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.

İlham Əliyev deyib ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur: “Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.

Xəbəri AZƏRTAC yayıb.

Xəzər dənizi ixtiofaunasının müayinəsi məqsədilə m...

  • 06 Aprel 2017
  • comments

Hərbi vəziyyət qanunu qüvvəyə mindi

  • 06 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026” yolçuları

GLOBALS:0
comments
Xəbər

Beşlikdə durum

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynada sorğu: güzəşt, ya döyüş?

GLOBALS:0

Tags

  • İdman
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

Son materiallar

comments
Xəbər

Minsk qrupu rəsmən arxivə getdi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026” yolçuları

GLOBALS:0
comments
Xəbər

Beşlikdə durum

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda