• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hasilat sənayesi ilə bağlı yeni fərman imzalanıb

  • 06 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət başçısı İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlərə fərman verib.

Bu il martın 8-9-u Kolumbiyanın paytaxtı Boqotada Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın üzvlüyünün dayandırılması barədə qərar çıxarılıb. Buna etiraz olaraq Azərbaycan MHŞT-ni tərk edib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüs, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Novator.az-ın məlumatına görə, prezidentin 5 aprel fərmanında qeyd olunur ki, Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir.

Fərmana əsasən, hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi bu beynəlxalq prinsiplər əsasında davam etdiriləcək:

– təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir;

– təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkan verən mühüm vasitədir;

– dövlət orqanlarının fəaliyyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffaflıq və hesabatlılıq standartları təşviq edilməlidir;

– dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idarə olunması ilə bağlı vətəndaşlar qarşısında hesabat verməlidir;

– şəffaflığın artırılmasına müvafiq müqavilə və qanunlara əməl etməklə nail olunmalıdır;

– hasilat sənayesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffaflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;

– ölkənin maliyyə şəffaflıq standartları hasilat sənayesində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;

– bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənayesində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, investorlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla bütün maraqlı tərəflərin iştirakı təmin edilməlidir.

Dövlət başçısı Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya  yaradıb. Komissiyanın sədri postu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumova həvalə olunub. Qurumun üzvləri bu şəxslərdir: Natiq Abbasov – energetika nazirinin müavini, Sahib Ələkbərov – vergilər nazirinin müavini, Emin Hüseynov – maliyyə nazirinin müavini, Sahil Babayev – iqtisadiyyat nazirinin müavini, Rauf Hacıyev – ekologiya və təbii sərvətlər nazirinin müavini, Yusif Yusifov – Dövlət Statistika Komitəsi sədrinin müavini.

Katibliyi Dövlət Neft Fonduna həvalə edilən komissiyaya Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən etmək tapşırılıb.

Fərmana görə, komissiya hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlıq etməlidir.

Azərbaycanın Kolumbiya sınağı

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü: Azərbaycanın fəaliyyəti dayandırıldı

Bakıdan rəsmi bəyanat: Azərbaycan MHŞT-dən çıxdı

Əli Kərimli: “Hökumət islah olunmayacağını bilir”

Hərbi vəziyyət qanunu qüvvəyə mindi

  • 06 Aprel 2017
  • comments

Harada daha çox çəkirlər?

  • 06 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda