• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir məlumat, Nazarbayev tapşırıq verdi

  • 05 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 4-ü Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan “Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev mərkəzin inşasına dair razılığın 2013-cü ildə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə edildiyini və dövlət başçılarının bu istiqamətdə müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, həmin il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” və Qazaxıstanın Aktau Dəniz Limanı Xüsusi İqtisadi Zonası arasında logistika mərkəzinin inşasına dair anlaşma memorandumu imzalanıb.

Təməli 28 iyun 2014-cü ildə qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan “Azərsun İstehsal və Logistika Mərkəzi”nin ümumi anbar sahəsi 8730 kvadratmetr olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon ABŞ dolları olan logistika mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib.

Şahin Mustafayev “Azərsun İstehsal və Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb.

Nursultan Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib və Qazaxıstanın aidiyyəti orqanlarına xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı göstəriş verib.

25%-i dövlətə məxsus olan “Azərsun İstehsal və Logistika Mərkəzi” Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir. Logistika mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının Azərbaycana ixracı üçün əlverişli şərait yaradır.

Xəbəri Economy.gov.az yayıb.

Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq müzakirə ...

  • 05 Aprel 2017
  • comments

Neytron ulduzlarda dağ müşahidə edilib

  • 05 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda