• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vergi ödəyicilərinə xəbərdarlıqlar

  • 03 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Vergilər Nazirliyi xəbərdarlıqlar yayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, vergi ödəyiciləri 2017-ci ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsini, aksiz bəyannaməsini, yol vergisi bəyannaməsini, mədən vergisi bəyannaməsini, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsini və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bəyannaməsi aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 1-ci rübü üçün isə sadələşdirilmiş verginin bəyannaməsi, ödəmə mənbəyində tutulan vergi bəyannaməsi aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənməlidir.

Cari ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər) aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim olunmalı və mart ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənməlidir.

Xüsusi notariusların gəlir vergisi bəyannaməsi üçün də eyni müddət qoyulub.

Dövlət rüsumu haqqında hesabat aprel ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notariusda qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Gəlir və mənfəət vergisi ödəyiciləri cari ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələrini aprel ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Vergilər Nazirliyi bildirir ki, bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir, vergilər vaxtında ödənmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur.

Əlillərə xidmət: üç aylıq hesabat verilib

  • 03 Aprel 2017
  • comments

Görüşlər keçirilib

  • 03 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda