Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisi baş nazir Aleksandr Vuçiçin qələbəsi ilə başa çatıb. 11 namizədin yarışdığı seçkidə Aleksandr Vuçiç 59%-ə yaxın səslə rəqiblərini xeyli geridə qoyaraq ilk turda dövlət başçısı seçilib. Seçkiyə 3,7 milyondan çox seçicinin qatıldığı xəbər verilir.
Novator.az bildirir ki, Aleksandr Vuçiç 1970-ci ildə Belqradda anadan olub. Belqrad Universitetinin hüquq fakültəsini bitirib. 1994-2008-ci illərdə Serb Radikal Partiyasının baş katibi olub.
1998-ci ildə Yuqoslaviyanın informasiya naziri postunu tutub, sonradan parlamentin deputatı seçilib.
2008-ci ildə qurulmuş Serb Tərəqqi Partiyasının lideri olan Aleksandr Vuçiç 2012-ci ildən Serbiya hökumətində müxtəlif rəhbər vəzifələr tutub, 2014-cü ildən isə baş nazirdir.