• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Mafiya malları” dünyanı tutub: saxta zeytun yağları, bal, pendir, şirələr, uşaq yeməkləri…

  • 03 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mütəxəssislər inkişaf etmiş ölkələrdə də satışda ekoloji cəhətdən natəmiz, saxta qida məhsullarının olduğunu söyləyirlər.

“Mafiya malları” adlandırılan belə ərzaqlar dünyaya daha çox Çindən və Latın Amerikası ölkələrindən daşınır.

Çinin, Meksikanın ucuz və zərərli ərzaqları Şimali Amerikadan tutmuş Avropaya, Rusiyaya, digər MDB dövlətlərinə, Yaxın Şərqə, demək olar, bütün ölkələrə ayaq açıb.

Alimlər deyirlər ki, bu, dünya əhalisinə qarşı ərzaq terrorudur. Get-gedə dünyada təbii üsulla ərzaq istehsalı azalır, qidaların keyfiyyəti aşağı düşür, ekoloji cəhətdən təmiz olmayan, süni yolla başa gələn ucuz ərzaqlarla insanlarda çox yemək vərdişi yaradılır.

Novator.az-ın məlumatına görə, ABŞ-ın Miçiqan Universitetinin professoru Con Spink bildirib: “Mafiya bizdə çox yemək və doymamaq vərdişi yaratmaq üçün xüsusi qidalar istehsal edir”.

Con Spinkin sözlərinə görə, ABŞ-da satılan qidaların 10 faizindən çoxu saxtadır. O, süni üsulla hazırlanmış belə ərzaqların həm insan orqanizminə ziyan vurduğunu, həm də istehsal şəraitinə görə ekologiyanı çirkləndirdiyini deyir.

Con Spink vurğulayır ki, bu gün dünyada süni qidalar arasında bal, pendir, meyvə şirələri, uşaq yeməkləri, qəhvə və süd-qatıq məhsulları, balzamlı sirkələr, kürülər, xardallar geniş yer tutur.

Professor bu məhsulların arxasında böyük qüvvələrin durduğunu deyir. O bildirir ki, Meksika ilə sərhəddə, Amerikanın cənub ştatlarında hazırlanan çorizo növünə aid donuz kolbasası və quakamole sousu kimyəvi tərkiblidir və sağlamlığa böyük zərər vurur. Amma insanlar hələ də zahirən iştaha açan və dadlı olan bu qidalardan istifadə etməkdən çəkinmirlər.

Süni qidalarla bağlı son qalmaqallardan biri ötən il Texasda ələ keçirilən 60 ton Çin balının tərkibi açıqlananda yaranıb. 100 milyon dollar dəyərində qiymətləndirilən bal yükü laborator analizdən keçiriləndə aydın olub ki, bu süni balın tərkibinə maddənin ağırlaşması üçün xüsusi süzgəcdən keçirilməmiş, ucuz başa gələn qarğıdalı şirəsi əlavə edilib. Nəticədə “bal” tamamilə zərərli antibiotik tərkibli bir qidaya çevrilib.

Con Spink daha bir ciddi problemdən söz açıb. O deyib ki, yağ istehsalı sahəsində fırıldaq bütün dünyanı tutub. Məsələn, zeytun yağı istehsal edilərkən ona soya yağı və yerfındığı yağı əlavə edilir ki, bu da ərzağın tərkibini pisliyə doğru dəyişir. Professorun sözlərinə görə, indi dünya bazarında yunan yağlarını İtaliya yağı kimi baha qiymətə satırlar, bu ticarət beynəlxalq xarakter alıb. Həmin yağlara qatılan maddələr faktiki olaraq yağın təbii tərkibini yoxa çıxarır və bu yolla süni brendlər yaradılır. Təsadüfi deyil ki, Avropa parlamentinin hesabatında zeytun yağı Avropanın ən təhlükəli qidası adlandırılıb.

Nəzarət-kassa aparatları üzrə komissiyanın yeni tə...

  • 03 Aprel 2017
  • comments

Əlillərə xidmət: üç aylıq hesabat verilib

  • 03 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda