• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistandakı seçki Qarabağ danışıqlarına nə vəd edir?

  • 03 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Politoloq Elxan Şahinoğlu Ermənistandakı parlament seçkisinin ilkin nəticələrini şərh edib.

Novator.az bildirir ki, aprelin 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, prezident Serj Sərkisyanın liderlik etdiyi hakim Respublika Partiyası 49,12% səslə qələbə qazanıb.

Parlamentə daha üç siyasi qüvvə düşüb. Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyanın liderlik etdiyi Sarukyan bloku 27,32%, üç müxalif partiyanın yaratdığı “Yolk” bloku 7,77%, Respublika Partiyasının hakimiyyət ortağı olan Daşnaksütun Partiyası 6,57% səs yığıb.

Konqres-Xalq Partiyası, Ohanyan-Raffi-Oskanyan blokları, Erməni Dirçəlişi, Azad Demokratlar və Kommunist partiyaları mandat qazana bilməyiblər. Parlamentdə təmsil olunmaq üçün partiyalar 5%, bloklar 7% həddini aşmalıdır.

Sabiq prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresi ilə Xalq Partiyasının qurduğu blokun siyahısında birinci idi. Bu blok 1,65% səs alıb.

Keçmiş müdafiə naziri Seyran Ohanyan seçkiyə sabiq xarici işlər nazirləri Raffi Ovannisyan və Vardan Oskanyanla bir blokda qatılıb. Namizədlər siyahısında Seyran Ohanyan öndə dururdu. Bloka seçicilərin 2,07%-i dəstək verib.

Elxan Şahinoğlu yazır ki, 2 aprel seçkisi ilə separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərində nəzarətini gücləndirib: “2 aprel parlament seçkisindən fərqli nəticə çıxmadı. Prezident Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif blok (Konqres-Xalq Partiyası, Ohanyan-Raffi-Oskanyan blokları – red.) parlamentdən kənarda qaldı. Halbuki müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən Çiçəklənən Ermənistan və Daşnaksütun partiyaları düşdülər”.

Seçkinin nəticələrini dəyərləndirən politoloq qeyd edir ki, birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq: “Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan həm parlament, həm hökumət üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda indiki klan hakimiyyətdən gedən deyil.

İkincisi, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəliləyişin olmayacağının işarəsidir. İşğal davam edəcək və Sərkisyan əvvəlki kimi status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir”.

Novator.az xatırladır ki, 1998-ci ildən Ermənistanda siyasi hakimiyyət Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxmış şəxslərin əlindədir. Dağlıq Qarabağda doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə prezident postunu tutub. 2008-ci ildən prezident kürsüsündə əyləşən Serj Sərkisyan da Dağlıq Qarabağda anadan olub.

2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun həndəvərindəki 7 rayon zəbt olunub. 1994-cü ildə əldə olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

40 ildən çoxdur gözdən itmiş kometa yenidən peyda ...

  • 03 Aprel 2017
  • comments

Gənc jurnalistlər üçün müsabiqə

  • 03 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda