• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli İnsanovun məhkəməsi təyin olundu

  • 29 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə hazırlıq iclası aprelin 7-nə təyin olunub. Martın 29-da Novator.az-a danışan vəkil Toğrul Babayev deyib ki, Qaradağ Rayon Məhkəməsində saat 11-də başlayacaq prosesə hakim Rəşad Mustafayev sədrlik edəcək.

1946-cı ildə doğulmuş Əli İnsanov tibb elmləri doktorudur. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.

2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.  Ötən il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu keçmiş səhiyyə nazirinə yeni cinayət işi qaldırıb və Əli İnsanov 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qaradağ Rayon Məhkəməsi ötən il oktyabrın 11-də Əli İnsanov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan bu müddət bir neçə dəfə uzadılıb.

Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, ötən il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.

Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırılıb:

234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama.

315.2. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə.

317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi.

Avropa Yayım Birliyi rus ifaçıya görə Ukraynanı hə...

  • 29 Mart 2017
  • comments

Martda beşinci bahalaşma

  • 30 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Doğum və ölüm statistikası

Son materiallar

comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda