• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Əsədovun Moskva görüşləri

  • 28 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası açılıb. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 27 mart tədbirində iştirak edib. Spiker MDB Parlamentlərarası Assambleyasının 25 illik yubileyi münasibətilə təşkilatın medalına layiq görülüb.

MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri, habelə MDB ölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələləri müzakirə olunub.

MDB ölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər.

Assambleyanın plenar iclasında çıxış edən Oqtay Əsədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir: “Birlik çərçivəsində qarşılıqlı fəaliyyət üzv ölkələrin parlamentləri arasında əlaqələrin möhkəmlənməsində, iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rol oynayır”.

Oqtay Əsədov mədəniyyət, humanitar, elm, ticarət və digər sahələrdə çoxtərəfli əməkdaşlığın perspektivlərindən də danışıb. Milli Məclisin sədri onu da vurğulayıb ki, təşkilatın fəaliyyətini yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.

Həmin gün Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Valentina Matviyenko qeyd edib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur: “Münasibətlərimizin yüksələn xətlə inkişafı görülən işlərin nəticəsidir və biz bundan qürur duya bilərik”.

Oqtay Əsədov iki ölkə arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini vurğulayıb. Milli Məclisin sədri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını bildirib.

Spiker Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib.

Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Xəbəri AZƏRTAC yayıb.

Beş nəfərə general rütbəsi verildi

  • 27 Mart 2017
  • comments

Avro və rubl yenə bahalaşıb

  • 28 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda