• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspertlər xəbərdarlıq edir: Avropanı daşqınlar bürüyə bilər

  • 28 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bu yüzilliyin sonu ekoloji baxımdan Avropa üçün fəlakətli ola bilər. Yaxın illərdə, dəqiq tarixi bəlli olmayan bir vaxtda qlobal iqlim dəyişikliyi nəticəsində 5 milyon avropalı gözlənilmədən daşqınla üzləşə bilər.

Novator.az xəbər verir ki, Avropa Komissiyasının birləşmiş tədqiqatlar mərkəzinin ekspertləri belə bir məruzə ilə çıxış ediblər.

Onlar bildiriblər ki, qlobal istiləşmə xüsusən Avropanın şimal-şərqindəki dənizlərin, həmçinin Baltik sularının tezliklə yüksək həddə qalxacağından xəbər verir. Bu isə Avropa sahillərini ciddi təhlükə altında qoyur. Ona görə də Avropa dövlətləri hər an baş verə biləcək fəlakətə hazır olmalıdır.

Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi ilə tam mübarizə aparmaq mümkün olmasa da, bəzi tədbirlər görməklə təhlükəsizlik xətti yaratmaq mümkündür. Avropa Komissiyasının birləşmiş tədqiqatlar mərkəzinin ekspertləri sırasında yer alan rus alimi, meteorologiya üzrə mütəxəssis Aleksandr Kislov deyib ki, Avropa ölkələri texniki baxımdan iqlim dəyişikliyinə hələ də hazır deyil. O vurğulayıb ki, bu istiqamətdə təcili işlərə başlanmalıdır. Kislov bildirib ki, indiki zamanda qlobal iqlim dəyişikliyi bir nömrəli problemə çevrilib, çaylarda və dənizlərdə suyun səviyyəsinin sürətlə qalxmaqda davam etməsi göstərir ki, şıltaq təbiət hər an coşa bilər.

“Qarşıdan böyük fəlakət gəlir, buna görə indidən yüksək hazırlıq tədbirlərinə başlamaq lazımdır” söyləyən Aleksandr Kislovun fikrincə, gözlənilən kataklizmdən az-çox Niderlandın sığortalanmaq imkanı var. Kislov bu ölkədə daşqınlardan müdafiə məqsədilə unikal şlüzlərin qurulduğunu, oxşar sistemin Rusiyanın Sank-Peterburq şəhərində də tətbiq olunduğunu xatırladıb. Ekspertin rəyinə görə, suyun səviyyəsi qalxanda Niderland və Rusiyanın qərb sahilləri daşqınlardan qoruna biləcək.

Son onilliklərdə Avropada çox daşqın olub. 2013-cü ili Avropada ən təhlükəli daşqınlar dövrü adlandırmaq olar. Həmin il Latviya, Makedoniya, Çexiya, Norveç və Almaniyanı daşqınlar bürümüşdü.

2016-cı ildə Sena, Dunay və Reyn çaylarında suyun səviyyəsi qalxanda da Avropa real fəlakətlə üz-üzə qalmışdı. Həmin vaxt Parisdə fövqəladə vəziyyət elan olunmuş, daşqınlarda ev-eşiyi dağılan minlərlə insan təxliyyə edilmişdi.

Prezident Saatlıda. Müşavirə keçirilir  

  • 28 Mart 2017
  • comments

Mövsüm Səmədovun cəzasına nə əsas gətirilir?

  • 28 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda