Türkiyənin “Beşiktaş” komandası UEFA Avropa Liqasının 1/4 finalında Fransa “Lion”una rəqib olub. Bunu martın 17-də atılan püşk müəyyən edib.
İlk oyun aprelin 13-ü Fransada, cavab qarşılaşması aprelin 20-si Türkiyədə keçiriləcək.
Digər cütlüklər belədir:
“Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
“Selta” (İspaniya) – “Genk” (Belçika)
“Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya).