Siyasi məhbus siyahısında 163 nəfərin adı qalır

229 0

“Martın 16-da imzalanan əfv sərəncamı ilə bizim siyahıdan 4 nəfər azadlığa buraxılıb”. Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Novator.az-a belə deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, siyasi məhbus siyahısından bloqçu Əbdül Əbilov, AXCP üzvü Elvin Abdullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zayıdov əfvə düşüb.

Koordinatorun sözlərinə gərə, əfvdən sonra Siyasi Məhbusların Müdafiə Mərkəzinin siyasi məhbus siyahısında 163 nəfərin (jurnalistlər, gənc fəallar, siyasətçilər, dini fəallar, keçmiş hakimiyyət nümayəndələri və s.) adı qalır. Siyahıda Seymur Həzi, Rəşad Ramazanov, Əliabbas Rüstəmov, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəmanov, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli, Faiq Əmirli, Mövsüm Səmədov, Taleh Bağırov, Əli İnsanov, Rüfət Səfərov başqalarının adları yer alır.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id