Sarukyan bloku Sərkisyanın partiyasını qabaqlayır

152 0

Ermənistanda parlament seçkisi ilə bağlı yeni sorğunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, “Sosiometr” Sosioloji Tədqiqatlar Mərkəzinin martın 1-dən 15-dək keçirdiyi sorğuya 3 min nəfər qatılıb.

Sorğu iştirakçılarının 34,5%-i aprelin 2-də keçiriləcək parlament seçkisində Sarukyan blokuna səs verəcəyini bildirib.

Sarukyan blokuna Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyan rəhbərlik edir.

Hakim Respublika Partiyasına respondentlərin 33%-i dəstək verib.

Respublika Partiyasına prezident Serj Sərkisyan liderlik edir.

Sorğuya əsasən, Konqres-Xalq Partiyası, Ohanyan-Raffi-Oskanyan, “Yolk” bloklarının, Erməni Dirçəlişi,  Daşnaksütun, Azad Demokratlar partiyalarının səsləri 5-6%-dir.

Respondentlərin ən az hissəsi Kommunist Partiyasına səs verəcəyini bəyan edib.

“Sosiometr”in sorğusu göstərib ki, paytaxt Yerevanda hakim partiya 37%-lə digər bloklardan çox irəlidədir.

2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id