Amerikalı alimlər evdə pişik saxlayanlara, pişiklərlə təmas quranlara xəbərdarlıq ediblər.
Novator.az-ın məlumatına görə, “Environmental Science & Technology” jurnalında dərc etdirdikləri məqalədə mütəxəssislər bildiriblər ki, təhlükəli kimyəvi maddələr toz zərrəcikləri halında asanlıqla pişiyin bədəninə hopub tüklərdə bakterioloji aktivlik yarada bilir. Ona görə də mütəxəssislər pişiklə təması insan üçün təhlükəli sayırlar və mümkün qədər pişikdən uzaq durmağı tövsiyə edirlər.
Məqalədə deyilir ki, pişik gigiyenik cəhətdən təmiz şəraitdə saxlananda da onu bakteriyalardan qorumaq olmur və zərərli maddələrə, zəhərli tozlara həssas olan bu heyvan ev şəraitində də insanlara zərər vura bilir. Pişiyə yaxınlaşan adamın yoluxma ehtimalı artır. Adamlar qapalı şəraitdə pişiyin aldığı havanı udanda da xəstələnə bilərlər.
Məqaləyə görə, ev pişiyi evdə havanı zəhərləyən, oksigeni sıxışdırıb ətraf mühitə ziyan vuran, zəhərli toz daşıyıcısı mənbəyidir. Pişik orqanizmində tapılan kimyəvi maddələr başqa canlılarda olduğundan qat-qat çoxdur.
“Environmental Science & Technology” jurnalında dərc etdirdikləri məqalədə apardıqları tədqiqata əsaslanan mütəxəssislər bildirirlər ki, qanında dəmir qalxan funksiyasını yerinə yetirən maddələrin alışması nəticəsində pişik toz vasitəsilə havadan udduğu kimyəvi maddələri ətrafa yayır, özü isə zərər çəkmədən yaşamağa davam edir.
Araşdırmalar göstərib ki, pişiklər xəstəlik yarada biləcək kimyəvi, zərərli maddələri kompüterlərin, parçaların, mebelin və başqa məişət avadanlıqlarının üstündəki tozdan da yığıb bədənlərinə hopdura bilirlər.
Alimlərin fikrincə, pişik itdən də “ağıllıdır”. O, davranışını saxlandığı şəraitə uyğunlaşdırıb özünü sevdirməyi bacarır. Lakin pişik ekoloji cəhətdən hər çirkli şəraitə, zibil və tullantıların toplandığı ərazilərə də uyğunlaşmağı bacaran bir canlıdır. Ona görə də alimlər xüsusilə uşaqları insanda ilk baxışdan sevgi və şəfqət hissi oyadan bu heyvandan uzaq saxlamağı məsləhət görürlər.