Yeni hərrac kursu dəyişir

244 0

Martın 16-sı Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7202 səviyyəsində formalaşıb.

Novator.az bildirir ki, bu, mart ayında üçüncü ucuzlaşmadır. Mərkəzi Bank marta artımla başlayıb, ayın 1-də rəsmi kurs 1,7475 manatdan 1,7515 manata yüksəlib. Martın 3-də məzənnə 1,7548 manata, martın 9-da 1,7563 manata qalxıb. Ayın 10-da isə kurs 1,7437 manata, daha 5 gün sonra 1,7282 manata düşüb.

2017-ci ildə rəsmi kurs yanvarın 5-də 1,7707 manatla start götürüb və ay ərzində bu ardıcıllıqla artım olub: 1,7742 manat, 1,7867 manat, 1,8045 manat, 1,8311 manat, 1,8559 manat, 1,9068 manat, 1,9165 manat.

Fevralın ilk iki günündə rəsmi kurs 1,92 manata çatıb. Bunun ardınca ucuzlaşma dalğası gəlib: 1,9111 manat, 1,8769 manat, 1,8252 manat, 1,7301 manat, 1,7296 manat. Ayın 17-dən isə dolların rəsmi kursu yenə artıb: 1,7352 manat, 1,7447 manat, 1,7475 manat, 1,7514 manat.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id