• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çörək havanı necə zəhərləyir?

  • 15 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Çörəyin qazla bişirilməsi texnologiyası ekologiyaya çox ciddi ziyan vurur. Novator.az-ın məlumatına görə, britaniyalı mütəxəssislər bildirirlər ki, qazda bir çörək bişirilənə qədər atmosferə buraxılan buxar qazının kütləsi həmin çörəyin özünün çəkisindən ağır gəlir.

Şeffild Universitetinin alimi Layem Qoşe və həmkarları qazla çörəkbişirmə texnologiyasının qlobal istiləşmədə birbaşa rol oynadığını vurğulayaraq ləngimədən çörək istehsalına yenilik gətirməyə çağırırlar. Onlar insanların əksərinin çörəyi plastik qabda saxladığını bildirərək bunun da düzgün olmadığını söyləyirlər.

Alimlər havaya buraxılan buxar qazlarının çörəyin bişirildiyi ərazidən kənardakı əraziləri və başqa ərzaqları da sürətlə zəhərlədiyini deyirlər. Hazırda çörək sənayesində  vəziyyətin acınacaqlı olduğunu qeyd edən mütəxəssislər yeganə çıxış yolunu prosesin yönünü tamamilə dəyişməkdə görürlər. Onların fikrincə, taxıl əkini və yığımından tutmuş buğdanın üyüdülməsi, unun saxlanması, çörəyin bişirilməsi və saxlanmasınadək bütün metodları dəyişmək, təbii üsulla un hazırlamağın, eyni zamanda çörək bişirməyin yolunu tapmaq lazımdır. Bunun üçün isə mütləq yeni qazsız kürələr işə salınmalıdır.

Alimlərin apardığı hesablamaya görə, qazda bişirilən hər 800 qramlıq ağ çörəyin demək olar 600 qramında kimyəvi turşular, metan, azot və başqa sıxılmış buxar qazları olur. Həmin çörəyin çəkisinin 0,26 kiloqramı isə buxar qazının qlobal istiləşməni şərtləndirən maddəsindən ibarətdir, yəni CO2-ekvivalent tərkibdədir. Bu isə bişirilən çörəyin faktiki zəhərli maddələr toplusu olduğu deməkdir.

Alimlər N2O azot oksidinin (bu yanmayan şəffaf qaz normal temperaturda şirin qoxu və tam verir, həmçinin başgicəlləndirici xüsusiyyətə malikdir) güclü buxar qazı olduğunu, çörək itkisi yaradan bu qazın havaya hətta CO2 qazından da çox zərər vurduğunu bildirirlər. N2O qazı sürətlə atmosferə yayılmaqla temperaturu dəyişir. Bu maddə ozon qatını zədələməyə qadirdir.

Alimlər deyirlər ki, plastik qablaşdırma zamanı çörəklər yenə qazla hopdurulur, çörəyin tərkibində sıxılmış buxar qazı qalır. Problem o qədər ciddidir ki, mütəxəssislər hətta çörək yeyən adamı nüvə müharibəsində əlacsız qalıb şüalanmış qidaları qəbul edən adamla müqayisə edirlər.

Çörəyin keyfiyyətini artırmaq, insanların sağlamlığına və iqlimə daha az zərər vurmaq üçün alimlər əkin sahələrinin yeni üsullarla, saf enerji ilə becərilməsi, çörəkbişirmə sənayesində alternativ enerjidən istifadə olunması təklifini irəli sürürlər.

Vergi yükü: Azərbaycan və başqaları

  • 15 Mart 2017
  • comments

Yağış və qar geri qayıdır…

  • 15 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda