Çörək havanı necə zəhərləyir?

2218 0

Çörəyin qazla bişirilməsi texnologiyası ekologiyaya çox ciddi ziyan vurur. Novator.az-ın məlumatına görə, britaniyalı mütəxəssislər bildirirlər ki, qazda bir çörək bişirilənə qədər atmosferə buraxılan istixana qazının kütləsi həmin çörəyin özünün çəkisindən ağır gəlir.

Şeffild Universitetinin alimi Layem Qoşe və həmkarları qazla çörəkbişirmə texnologiyasının qlobal istiləşmədə birbaşa rol oynadığını vurğulayaraq ləngimədən çörək istehsalına yenilik gətirməyə çağırırlar. Onlar insanların əksərinin çörəyi plastik qabda saxladığını bildirərək bunun da düzgün olmadığını söyləyirlər.

Alimlər havaya buraxılan istixana qazlarının çörəyin bişirildiyi ərazidən kənardakı əraziləri və başqa ərzaqları da sürətlə zəhərlədiyini deyirlər. Hazırda çörək sənayesində  vəziyyətin acınacaqlı olduğunu qeyd edən mütəxəssislər yeganə çıxış yolunu prosesin yönünü tamamilə dəyişməkdə görürlər. Onların fikrincə, taxıl əkini və yığımından tutmuş buğdanın üyüdülməsi, unun saxlanması, çörəyin bişirilməsi və saxlanmasınadək bütün metodları dəyişmək, təbii üsulla un hazırlamağın, eyni zamanda çörək bişirməyin yolunu tapmaq lazımdır. Bunun üçün isə mütləq yeni qazsız kürələr işə salınmalıdır.

Alimlərin apardığı hesablamaya görə, qazda bişirilən hər 800 qramlıq ağ çörəyin demək olar 600 qramında kimyəvi turşular, metan, azot və başqa sıxılmış istixana qazları olur. Həmin çörəyin çəkisinin 0,26 kiloqramı isə istixana qazının qlobal istiləşməni şərtləndirən maddəsindən ibarətdir, yəni CO2-ekvivalent tərkibdədir. Bu isə bişirilən çörəyin faktiki zəhərli maddələr toplusu olduğu deməkdir.

Alimlər N2O azot oksidinin (bu yanmayan şəffaf qaz normal temperaturda şirin qoxu və tam verir, həmçinin başgicəlləndirici xüsusiyyətə malikdir) güclü istixana qazı olduğunu, çörək itkisi yaradan bu qazın havaya hətta CO2 qazından da çox zərər vurduğunu bildirirlər. N2O qazı sürətlə atmosferə yayılmaqla temperaturu dəyişir. Bu maddə ozon qatını zədələməyə qadirdir.

Alimlər deyirlər ki, plastik qablaşdırma zamanı çörəklər yenə qazla hopdurulur, çörəyin tərkibində sıxılmış istixana qazı qalır. Problem o qədər ciddidir ki, mütəxəssislər hətta çörək yeyən adamı nüvə müharibəsində əlacsız qalıb şüalanmış qidaları qəbul edən adamla müqayisə edirlər.

Çörəyin keyfiyyətini artırmaq, insanların sağlamlığına və iqlimə daha az zərər vurmaq üçün alimlər əkin sahələrinin yeni üsullarla, saf enerji ilə becərilməsi, çörəkbişirmə sənayesində alternativ enerjidən istifadə olunması təklifini irəli sürürlər.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id