• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin Rusiyadan su istəyir

  • 15 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Çinli mütəxəssislər Baykal gölündən Lançjou şəhərinə su kəməri çəkməyi təklif ediblər. Novator.az-ın məlumatına görə, ekoloji cəhətdən təmiz göl suyundan istifadənin böyük fayda gətirəcəyinə inanan Çin alimləri deyirlər ki, bu ideya reallaşarsa, Qansu əyalətində içməli su problemi tezliklə həllini tapar.

Şəhərsalma və planlaşdırma, eləcə də kənd təsərrüfatı sahəsini əhatə edən elmi institutun əməkdaşları bəyan edirlər ki, Baykaldan çəkiləcək kəmər Çinin Qansu əyalətində tez-tez baş verən quraqlığın, eləcə də yoxa çıxan su mənbələrinin vurduğu ziyanın əvəzini ödəmək gücündədir.

Rusiyaya təklif edilən layihədə Çin mütəxəssisləri uzunluğu 1720 kilometr olan kəməri Xesi dağından keçirməklə Tibetdən ötürüb Qobi səhrası üstündən Lançjouya çatdırmağı nəzərdə tutduqlarını göstəriblər.

Rusiyalı mütəxəssislərin bu təklifə münasibəti birmənalı deyil. Çinli həmkarlarını tənqid edən, Qansu əyalətində su qıtlığı yaşanmadığını, heç bir ciddi ekoloji problemin olmadığını iddia edən hidroloq Viktor Danilov layihənin Rusiyaya çox baha başa gələcəyini, faktiki yalnız ziyan vuracağını söyləyir. Digər rusiyalı mütəxəssis, Tomsk Politexnik Universitetinin əməkdaşı, geoloq Stepan Şvartsov isə bu təklifdə qeyri-adi heç nə olmadığını deyir. Onun fikrincə, çinli mütəxəssislərin təklifi Rusiyaya böyük fayda verə bilər: “Bizim zəngin ehtiyatlarımız var və Rusiya öz su ehtiyatlarını satmaqla dövlət büdcəsinə xeyli gəlir gətirə bilər”.

Şərqi Sibirin ən böyük gölü sayılan, 1000-dən çox canlının və nadir su heyvanının yaşadığı Baykal gölündə su səviyyəsi martın 6-dan daha da artaraq 455,99 metrə çatıb ki, bu da normanın 456 metr olduğu ərazidə kritik hədd deməkdir.

Rusiya tərəfi hələ ki, layihəyə nə qədər hazırlıqlı olduğu barədə rəsmi açıqlama verməyib.

Çin Xalq Respublikasında su ehtiyatlarının həcmi getdikcə azalır. 2020-ci ilədək Çinin şimalında su mənbələrinin tamamilə itməsi təhlükəsi var.

Xarici ticarət statistikası açıqlanıb

  • 15 Mart 2017
  • comments

Nazir: “Qız uşaqlarının sayı artır”

  • 15 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda