Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı sanitar normanı keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Novator.az-a verilən məlumata görə, son 2 gündə aparılan monitorinqlər göstərib ki, problemə səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana gəlib.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bildirir ki, əlverişsiz meteoroloji şəraitlə bağlı martın 14-də atmosfer havasında tozun miqdarı bir qədər də artacaq. Prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir.