Martın 14-də Avropa Şurası üzv ölkələrin həbsxanaları ilə bağlı illik hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 249 məhbus düşür.
Ermənistanda bu göstərici 130, Gürcüstanda 275, Rusiyada 439-dur.
Türkiyədə hər 100 min nəfərdən 220-si həbsdədir.
Hesabat 2014 və 2015-ci illərin məlumatlarına əsaslanır. Avropa Şurası üçün Lozanna Universitetinin hazırladığı hesabatda 45 ölkənin milli xidmətlərinin məlumatları nəzərə alınıb.