• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Alman deputatlardan Xocalı bəyanatı

  • 14 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Almaniya parlamentinin (Bundestaq) üzvləri Uve Feiler, Olav Qattinq, Hans Mişelbax, Filipp Muhrmann və Norbert Şindler Xocalı soyqırımının 25 illiyi münasibətilə bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, 1992-ci fevralın 25–dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Xocalıda 613 mülki sakini qətlə yetirib, 106 qadın, 63 azyaşlı uşaq və 70 ahıl insan öldürülüb.

Sənəddə vurğulanır ki, Sovet İttifaqının süquta uğradığı zaman Dağlıq Qarabağ əhalisi həm azərbaycanlı, həm də ermənilərdən ibarət olan Azərbaycana məxsus region idi: “Lakin Sovet İttifaqı dağıldıqda bu regionu Ermənistan qüvvələri işğal edib və nəticədə azərbaycanlı əhali ərazidən qovulub, təxminən 30 min insan isə həyatını itirib. 1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək Ermənistan qüvvələrinin dərhal ərazidən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına dair saziş imzalanıb. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk qrupuna həvalə edilib”.

Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətlə bağlı həm siyasi, həm də iqtisadi cəhətdən narahat olduqlarını ifadə ediblər. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin vəziyyət hökm sürür, Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn bütün qaydalarını pozulması deməkdir: “Xocalı qətliamının 25-ci ildönümü münasibətilə biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı eyni zamanda Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaq”.

Xəbəri AZƏRTAC Avropa Azərbaycan Cəmiyyətinə istinadla yayıb.

Hökumətin 1-ci mikrorayon qərarı

  • 14 Mart 2017
  • comments

Yanvar-fevralın sərmayə hesabatı

  • 14 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda