• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü: Azərbaycanın fəaliyyəti dayandırıldı

  • 10 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) martın 8-i və 9-u Kolumbiyanın paytaxtı Boqotada Azərbaycanın öhdəliklərini müzakirə edib.

Ötən il oktyabrın 26-da MHŞT üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt vermişdi. MHŞT 14 ildir qurumun üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində namizədə qədər azaltmış, bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmiş, Azərbaycana problemlərin həllindən ötrü vaxt verilmişdi.

Martın 9-da MHŞT-nin İdarə Heyətinin Boqota toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb. Qurumun yaydığı bəyanatda bildirilir ki, Azərbaycan Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Qərarda bu da qeyd olunur ki, Azərbaycanın islahedici hərəkətlər sahəsində tələbləri yerinə yetirib-yetirmədiyi məsələsinə bir daha 26 iyul 2017-ci ildən başlanacaq üçüncü qiymətləndirmə çərçivəsində baxılacaq.

Sənəddə deyilir ki, bununla da Azərbaycana “vətəndaş cəmiyyəti mühitini yaxşılaşdırmaq və təbii ehtiyatlardan cəmiyyətin nəfinə istifadənin idarə olunmasını təkmilləşdirmək imkanı” verilir. Bu yaxşılaşdırmlara nail olunmaması ölkənin təşəbbüs siyahısından tamamilə çıxarılmasına səbəb ola bilər.

MHŞT-nin İdarə Heyətinin üzvü Qubad İbadoğlu “Azadlıq” radiosuna deyib ki, Azərbaycanın üzləşdiyi problemin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir: “Hakimiyyət yaxın günlərdə qurumu tərk etmək haqda qərar versə, yenə bunun da məsuliyyəti indiki iqtidarın boynuna düşür”.

Qubad İbadoğlunun sözlərinə görə, qərar gərgin və uzun müzakirələrdən sonra qəbul edilib. Hərçənd o, bu qərarın gözlənilməz olmadığı qənaətindədir: “Gözlənilən qərar idi. Azərbaycan islahedici tədbirlər planını həyata keçirmədi. Beynəlxalq katibliyin qiymətləndirməsi də göstərdi ki, nəzərdə tutulan tələblər yerinə yetirilməyib”.

Azərbaycanın qarşısında qoyulmuş tələblərdən biri REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdən buraxılmasıdır: “Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu  məşvərət şurasının üzvü İlqar Məmmədov da daxil olmaqla ədalətsiz həbs edilmiş, saxlanmış, mühakimə və məhkum edilmiş və saxta ittihamlarla məhbus olunmuş şəxslərin azadlığa buraxılması kimi tədbirlər düzgün istiqamətdə atılmış mühüm addımlar hesab edilə bilər”.

Nazarbayevin səlahiyyətləri azaldı

  • 10 Mart 2017
  • comments

Cəhənnəmdən keçmiş mələk (16)

  • 10 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda