• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elgiz Qəhrəmanın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb

  • 09 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Elgiz Qəhrəmanın işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

“Azadlıq” radiosu xəbər verir ki, martın 9-da Elgiz Qəhrəmanın şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib. Gənc fəalın vəkili Fariz Namazlı məhkəməyə qeydlərini təqdim edib. Qeydlər Elgiz Qəhrəmanın işinə birinci instansiya məhkəməsində, yəni Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən tərtib olunmuş protokolla bağlıdır. Vəkil bildirib ki, məhkəmədə dindirilən şahidlərə, əsasən də Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Gülşən Hümbətovaya verilmiş suallar, alınan cavablar protokolda yoxdur.

Qanunvericiliyin tələbinə görə, bu cür məsələlərlə bağlı iradlar, protokola yazılı qeydlər olanda iş münasibət bildirilməsi üçün həmin məhkəməyə göndərilir. Fariz Namazlı da Elgiz Qəhrəmanın işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyib.

Dövlət ittihamçısı Rəsul Abbasov buna etiraz etməyib. Nəticədə Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apellyasiya şikayəti üzrə proses təxirə salınıb.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də tutulub. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə gənc fəal 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə təqsirli bilinib.

Elgiz Qəhrəman özü və NİDA Vətəndaş Hərəkatı ittihamları rədd edir, həbsin siyasi xarakterli olduğunu bildirir.

Azərbaycan pasportu 199 pasport arasında 133-cüdür

  • 09 Mart 2017
  • comments
Ibrahimxelil

Sakit Məmmədovun savab və səxavət simvolları (vari...

  • 09 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda