• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazarbayevin səlahiyyətlərini azaldan layihə qəbul edildi 

  • 06 Mart 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına dəyişikliklər layihəsini rəy üçün Konstitusiya Məhkəməsinə göndərib. Novator.az-ın məlumatına görə, 19 maddəyə 26 dəyişikliyi nəzərdə tutan layihə parlamentin aşağı və yuxarı palatalarının martın 6-da keçirdiyi birgə iclasında qəbul olunub.

Nursultan Nazarbayevin təşəbbüsü ilə hazırlanan layihə yanvarın 26-dan bəri ümumxalq müzakirəsindən keçib. Ana qanuna təklif olunan yeniliklər prezidentin səlahiyyətlərinin bir hissəsinin parlamentə və hökumətə ötürülməsini nəzərdə tutur.

Layihəyə əsasən, prezident yalnız xarici işlər və müdafiə nazirlərini birbaşa təyin edəcək. Qalan hökumət üzvlərinin təyinatı baş nazirin təqdimatı əsasında olacaq.

Baş naziri prezident parlamentin aşağı palatasının (Məclis) razılığı ilə təyin edəcək. Hökumət prezident və parlament qarşısında cavabdeh olacaq, yeni Məclis fəaliyyətə başlayanda istefaya gedəcək. İndiki qaydaya görə, hökumət yeni prezident fəaliyyətə başlayanda istefaya gedir.

Dövlət proqramlarının təsdiqlənməsi hökumətin səlahiyyətinə keçir. Prezident hökumətin və baş nazirin belə aktlarını ləğv edə bilməz.

Başqa bir yeniliyə əsasən, hökumətin tərkibinə daxil olmayan mərkəzi icra hakimiyyəti orqanları ləğv edilir.

Konstitusiya islahatı layihəsində bölgələrin icra hakimlərinin təyinatı qaydasında da yeniliklər var. Vilayətlərin, Astana və Almatı şəhərlərinin icra hakimləri istisna olmaqla icra hakimlərinin təyinatı qanun əsasında aparılacaq. İndi təyinatları dövlət başçısı həyata keçirir.

76 yaşlı Nursultan Nazarbayev 1989-cu ildən Qazaxıstana rəhbərlik edir. 1990-cı ildən prezidentdir.

Daha bir itkin neftçinin meyiti tapılıb

  • 06 Mart 2017
  • comments

Elm və sənətdən qadınlara nəzər salanda

  • 06 Mart 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ağ evə müdaxilə

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Seçki çağırışında yeni addım

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

Son materiallar

comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ağ evə müdaxilə

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Seçki çağırışında yeni addım

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda